Havanın kondisiyalaşdırılması
== Havanın kondisiyalaşdırılması ==
Bağlı yerlərdə (bina daxilində, otaqda), nəqliyyat vasitələrində və s.-dəki hava mühitinin parametrlərinin (havanın temperaturunun, nisbi nəmliyinin, tərkibinin və təzyiqinin) adamların səhhəti üçün, bəzi istehsalat prosesləri aparmaq, avadanlıq, məhsul saxlamaq və s. üçün ən əlverişli hədlərinin yaradılması və onların avtomatik olaraq saxlanılması. Havanın kondisiyalaşdırılması sistemlərindən yaşayış (cənub rayonlarında), ictimai, mülki, sənaye binalarında, təyyarə salonlarında, qatar, avtomobil və gəmilərdə, elmi tədqiqat institutlarında, arxiv, muzey, səhiyyə ocaqları, isti şitilliklər və s.-də istifadə edilir. Havanın kondisiyalaşdırılması sistemi, əsasən, havanı tozdan təmizləmə, qızdırma, soyutma, qurutma və nəmləşdirmə, habelə onun parametrlərini avtomatik tənzimləmə, idarə və nəzarət vasitələri ilə təchiz edilir. Havanın kondisiyalaşdırılması üçün kondisioner adlı aqreqatlardan istifadə olunur.